Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əliyev Eldar Süleyman oğlunun doğum günündə xatirəsi anılıb

13 fevral 2023 | 12:32

13  fevral 2023-cü ildə Vətən Müharibəsi şəhidi  Əliyev Eldar Süleyman oğlunun doğum günü münasibətilə  məzarı ziyarət olunub. Tədbirdə  Xətai  rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsi müdiri Pənah İmanov,  Vətən Müharibəsi İştirakşıları və Şəhid Ailələri ilə İşin Təşkili  şöbəsinin  müdiri Anar Məmmədov,  şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər. 

Tədbirdə şəhidin  qəhrəmanlığından söhbət açılıb və onunla  bağlı xatirələr bölüşülüb. Qeyd olunub ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın hər biri bir qəhrəmandır və bu gün hər kəs onlarla fəxr edir, qürur duyur. Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Daha sonra 64 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə şəhidimizin xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər