Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əliyev Eldar Süleyman oğlunun məzarı ziyarət olunub

13 fevral 2026 | 15:47
13 fevral 2026-cı ildə Vətən Müharibəsi şəhidi Əliyev Eldar süleyman oğlunun məzarı Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin yaxınları tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
 
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər