Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əliyev Fizuli Vidadi oğlunun adını daşıyan küçənin açılışı olub

11 dekabr 2023 | 10:19

11.12.2023-cü il tarixində Xətai rayonunda Vətən müharibəsi şəhidi Əliyev Fizuli Vidadi oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri,  şəhidin ailə üzvləri, şəhid ataları və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

 Tədbir iştirakçıları şəhid haqqında xatirələrini bölüşüb, onun qəhrəmanlığından söz açıblar.  Daha sonra şəhidin adı yazılan lövhə adını daşıdığı küçəyə vurulub.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər