Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım günü ilə əlaqədar məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub

01 noyabr 2024 | 10:24
1 noyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım günü ilə əlaqədar məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər