Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun xatirəsi anılıb

04 oktyabr 2022 | 17:14

04 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi  İsmayılov Orxan Zöhrab oğlunun anım günündə yaşadığı evin qarşısında xatirə lövhəsi  ziyarət edilmişdir.

Şəhid İsmayılov Orxan Zöhrab oğlu 1990-cı il yanvarın 23-də Ucar rayonunun Məlikballı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.  Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimiz doğulduğu Ucar rayonunda dəfn olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və tədbir iştirakçıları xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər