Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Kərimov Sənan Rəhman oğlunun doğum günündə xatirəsi anılıb

29 mart 2024 | 17:13

29 mart 2024-cü ildə II Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidi Kərimov Sənan Rəhman oğlunun doğum günündə məzarı ziyarət olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, şəhid ataları, şəhidin yaxınları iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarı üzərinə əklil qoyub, gül dəstələri düzüblər. Şəhidimizin ruhuna dualar edilib, ehtiram bildirilib.

Həmçinin şəhidin anım günü ilə bağlı 204 saylı tam orta məktəbdə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşları tədbirdə iştirak ediblər. Tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb, yaxınları onun haqqında xatirələrini bölüşüblər. 

Şagirdlər vətənpərvərlik mövzusunda şerlər, mahnılar səsləndiriblər.

Keçidlər