Vətən Müharibəsi şəhidi Məlikov Elvin İlham oğlunun xatirəsi anılıb
03 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Məlikov Elvin İlham oğlunun anım günü qeyd olunmuşdur. Anım günündə rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyabanda şəhidimizin və Vətənin azadlığı ugrunda canından keçən digər qəhrəman Vətən övladlarımızın məzarları ziyarət edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.