Vətən Müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub
21 oktyabr 2024 | 10:10
21 oktyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı daha sonra digər şəhid məzarlarını da ziyarət edərək onların ailə üzvləri ilə görüşüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!