Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin doğum günündə adını daşıyan küçənin açılışı olub.

01 avqust 2025 | 17:35

01.08.2025-ci il tarixdə Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin doğum günündə məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub. Daha sonra rayon ərazisində şəhidin adını daşıyan küçənin açılışı olub.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər. 

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər