Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlunun doğum günündə xatirəsi anılıb.

24 may 2023 | 11:34

24.05.2023-cü il tarixdə Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarını ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə əklil və gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhidin döyüş yoldaşları, təhsil aldığı 194 saylı məktəbin direktoru Elnarə Zeynalova, şəhidin  ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına  əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik! 

Keçidlər