Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub

15 yanvar 2025 | 16:42
15 yanvar 2025-ci ildə Vətən Müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun doğum günü ilə əlaqədar məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üstünə  gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər