Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun xatirəsi anılıb

15 yanvar 2024 | 18:57

15 yanvar 2024-cü ildə Vətən Müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun doğum günündə Dədə Qorqud şəhidliyində məzarı ziyarət olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Ağsaqqallar Şurasının üvləri, şəhid ailələri, ailəsi və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Anım günü ilə bağlı Xətai rayonu 191 saylı tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş tədbir küçirilib. Tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb, ailə üzvləri və yaxınları onun haqqında xatirələrini bölüşüblər. Həmçinin, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər səslənib, səhnəciklər nümayiş olunub. 

Keçidlər