Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Niftəlizadə Niyamin Xaliq oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olundu

09 oktyabr 2025 | 14:51
09 oktyabr 2025-ci ildə Vətən Müharibəsi şəhidi Niftəlizadə Niyamin Xaliq oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları şəhidin məzarı üstünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər