Vətən Müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun doğum günündə xatirəsi yad olunub
13 avqust 2025 | 07:52
12.08.2025-ci ildə Vətən Müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun doğum günündə xatirə lövhəsi ziyarət olunub. Tədbir iştirakçıları şəhidin xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edənlər Əkbər Pənahovun qəhrəmanlıq yolundan bəhs edib, onun Vətən uğrunda göstərdiyi fədakarlığı yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, şəhidlərimizin xatirəsinin əziz tutulması, onların ailələrinə diqqət və qayğının göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edir.
Allah şəhidlərimizə rəhmət eləsin!






