Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun anım günü qeyd edilib

09 avqust 2023 | 11:47

09.08.2023-cü ildə Xətai rayonunda Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun doğum günündə məzarı ziyarət edilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin  məsul şəxsləri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Çıxışlarda qeyd olunub ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Sonda şəhidimizin ruhuna ehsan süfrəsi təşkil olunub.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər