Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Ramaldanov Babək Meyvəddin oğlunun anım günü qeyd edilib

17 oktyabr 2022 | 07:07

16 oktyabr 2022-ci ildə II Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidi Ramaldanov Babək Meyvəddin oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım günü qeyd edildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev,  ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov, Xalq artisti, şəhid atası Əli Nur, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Daha sonra çıxış edənlər- YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə və digərləri  Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər. 
Şəhidimiz ilə bağlı xatirələrini bölüşən ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər