Vətən Müharibəsi şəhidi Rəfibəyli Əbdülrza Şamməd oğlunun anım günü qeyd edilib.
04 dekabr 2022 | 12:21
04 dekabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Rəfibəyli Əbdülrza Şamməd oğlunun anım günü qeyd edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Xalq, ordu və Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amil oldu. Şəhidlik məqamına yüksələn oğullarımız bizim şərəf və qürur mənbəyimizdir. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir.
Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!