Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Rəfibəyli Əbdülrza Şamməd oğlunun anım günündə  məzarı ziyarət olunub

04 dekabr 2023 | 14:12

4 dekabr 2023-cü ildə Vətən Müharibəsi şəhidi Rəfibəyli Əbdülrza Şamməd oğlunun anım günündə  məzarı ziyarət olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH aparatının kollektivi, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Daha sonra İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Canı bahasına şanlı tariximizi yazan şəhidlərimizlə fəxr edirik, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər