Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlunun xatirəsi anılıb

11 aprel 2023 | 13:51

11.04.2023-cü il tarixdə Vətən Müharibəsi şəhidi Rüstəmov Rövşən Orxan oğlunun doğum günündə məzarı ziyarət edilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına  əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər