Vətən Müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun məzarı ziyarət edilib
14 aprel 2026 | 18:38
14.04.2026-ci il tarixdə Vətən Müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun məzarı ziyarət edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ağsaqqalları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






