Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun xatirəsi anılıb

14 aprel 2023 | 13:40

14.04.2023-cü il tarixdə Vətən Müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun doğum günündə məzarı ziyarət edilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov,İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına  əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik! 

 

Keçidlər