Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun doğum günündə məzarı ziyarət olunub

08 iyun 2024 | 11:41

08.06.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Vətən Müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun  doğum günündə məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzüblər. Şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Şəhidlərimiz  qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər