Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun anım günü qeyd edilib
08 dekabr 2022 | 14:00
08 dekabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun anım günü qeyd edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!