Vətən Müharibəsi şəhidi Şikarov Nəcəf Şikar oğlunun anım günü münasibətilə 24 saylı tam orta məktəbdə anım tədbiri keçirilib.
24 yanvar 2023-cü ildə Vətən Müharibəsi şəhidi Şikarov Nəcəf Şikar oğlunun anım günü münasibətilə Xətai rayonu 24 saylı tam orta məktəbdə anım tədbiri keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsi müdirinin müavini Məhəmməd İbrahimov, şəhidin ailə üzvləri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb və onunla bağlı xatirələr bölüşülüb. Qeyd olunub ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın hər biri bir qəhrəmandır və bu gün hər kəs onlarla fəxr edir, qürur duyur. Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!