Vətən Müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun məzarını ziyarət olunub
22 yanvar 2025 | 17:13
22.01.2025-ci ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, şəhidin ailə üzvləri və yaxınları Vətən Müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üzərinə əklil qoyub və gül dəstələri düzüblər. Şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!