Vətən Müharibəsi şəhidi Xudiyev Tural Rəfayıl oğlunun anım günü qeyd edilib.
12 noyabr 2022 | 12:05
12 noyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Xudiyev Tural Rəfayıl oğlunun anım günü qeyd edilib.
Şəhidin xatirə lövhəsinin qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini və aparatın şöbə müdirləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına güllər düzülüb.
Çıxış edənlər şəhidimizin qəhrəmanlığından söz açıb, onun haqqında xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!