Vətən Müharibəsi şəhidləri Əliyev Malik Təvəkkül oğlu, Məmmədov Rövlan Qurban oğlu və Əliyev Samir Əliheydər oğlunun məzarları ziyarət olunub
15 oktyabr 2024 | 17:44
15 oktyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidləri Əliyev Malik Təvəkkül oğlu, Məmmədov Rövlan Qurban oğlu və Əliyev Samir Əliheydər oğlunun anım günündə məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirələri yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Daha sonra tədbir iştirakçıları digər şəhid məzarlarını da ziyarət ediblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!