Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Həsən Rzazadənin şəhadətinin II ildönümü, qazi-şəhid Elnur Səmədovun 40 mərasimi və Vətən Müharibəsi Qəhrəmanı  Ceyhun Həsənovun anım günü qeyd edilib.

29 oktyabr 2022 | 13:35

29 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidləri Həsən Rzazadənin şəhadətinin II ildönümü, qazi-şəhid Elnur Səmədovun 40 mərasimi və Vətən Müharibəsi Qəhrəmanı  Ceyhun Həsənovun anım günü qeyd edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin məsul əməkdaşı polkovnik Abdulla Qurbani,  Hüquq-mühafizə orqanlarının nümayəndələri, məktəblilər, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək ailəsinə yaxınlarına ehtiramını bildirən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə  Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib. 

Tədbir iştirakşıları daha sonra Dədə Qorqud Şəhidliyinə gələrək qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoymuş, onların  ailələri ilə söhbət edərək qayğıları ilə maraqlanmışlar.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər