Vətən Müharibəsi şəhidləri İbrahimli Adil Asəm oğlu və Ağalarlı Toğrul Daşqın oğlu və Əliyev Rüfət Fizuli oğlunun anım günündə məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub
07 noyabr 2024 | 17:46
07 noyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidləri İbrahimli Adil Asəm oğlu və Ağalarlı Toğrul Daşqın oğlu və Əliyev Rüfət Fizuli oğlunun anım günündə məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirələri yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!