Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri İbrahimov Xeyrulla Mayis oğlu və Rəhimli Kamil Vəli oğlunun xatirəsi anılıb

19 aprel 2023 | 11:22

19.04.2023-cü il tarixdə Vətən Müharibəsi şəhidləri İbrahimov Xeyrulla Mayis oğlu və  Rəhimli Kamil Vəli  oğlunun doğum günündə məzarları ziyarət edilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları qarşısına  əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik! 

Keçidlər