Vətən Müharibəsi şəhidləri Kazımov Elvin Ədalət oğlu və Kazımov Kamran Qurbanəli oğlunun anım günündə məzarları ziyarət olunub
06 oktyabr 2025 | 14:18
06.10.2025-ci ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Vətən Müharibəsi şəhidləri Kazımov Elvin Ədalət oğlu və Kazımov Kamran Qurbanəli oğlunun anım günündə məzarlarını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






