Vətən Müharibəsi şəhidləri Ramaldanov Babək Meyvəddin oğlu və Əliyev Samir Əliheydər oğlunun doğum günündə məzarları ziyarət edilib.
09 avqust 2024 | 13:38
09.08.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən Müharibəsi şəhidləri Ramaldanov Babək Meyvəddin oğlu və Əliyev Samir Əliheydər oğlunun doğum günündə məzarlarını ziyarət ediblər.
Tədbir iştirakçıları qəhrəmanların məzarları üzərinə tər güllər düzüblər. Onların ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Şəhidlərimiz qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!