Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Rzazadə Həsən Vüqar oğlu, Daşdəmirov Sahib Natiq oğlu və Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun anım günündə  məzarlarını ziyarət olunub

29 oktyabr 2023 | 14:30

29.10.2023-cü ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, RİH  aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Vətən Müharibəsi şəhidləri Rzazadə Həsən Vüqar oğlu, Daşdəmirov Sahib Natiq oğlu və Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun anım günündə  məzarlarını ziyarət olunub. 

Tədbir iştirakçıları şəhidlərin ruhuna dualar edib, ehtiramlarını bildiriblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. 

Daha sonra İcra başçısı şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidlərin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Canı bahasına şanlı tariximizi yazan şəhidlərimiz bizə qələbə sevincini yaşadan, qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər