Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri  Məmmədov Rövlan Qurban oğlu və Əliyev Samir Əliheydər oğlunun  məzarları ziyarət olunub

15 oktyabr 2025 | 16:46
15 oktyabr 2025-ci ildə Vətən Müharibəsi şəhidləri  Məmmədov Rövlan Qurban oğlu və Əliyev Samir Əliheydər oğlunun anım günündə məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirələri yad edilib.

Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Millət vəkili Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid Vətən övladlarının qəhrəmanlığından söz açıb, onların göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər