Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb

07 oktyabr 2025 | 12:42

07 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidləri Quliyev Rəşad Rəşid oğlu, Kərimov Sənan Rəhman oğlu, Əbdürrəhmanlı Sübhan Mahir oğlu, Şükrani Şükran Rüfət oğlu və Məhərrəmov Fərid Asif oğlunun anım günü münasibətilə onların məzarları ziyarət olunub.

Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Bəxtiyar Əliyev, Elman Məmmədov, Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid Vətən övladlarının qəhrəmanlığından söz açıb, onların göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər