Xətai məktəblərində "Son Zəng" çalınıb
Ölkəmizin bütün orta təhsil ocaqlarında olduğu kimi, Xətai rayonunun orta ümumtəhsil məktəblərində də təhsil ilinin başa çatmasdını bildirən son zəng çalınıb. Minlərlə məzun son dəfə məktəbli paltarında 11 il dərs aldıqları təhsil ocaqlarına əlivida deyib, müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Məktəblərdə keçirilən tədbirlərə şəhid ailələrinin üzvləri və qazilər fəxri qonaq kimi dəvət olunublar.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov Heydər Əliyev adına liseydə təşkil olunmuş "Son zəng" tədbirində iştirak ediblər.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Xətai rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. Həmçinin, rayon rəhbəri doğma yurdlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğulayıb və qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhunda yetişdiyini qeyd edib.
Rayonun prokuroru Sərdar İmanov da məzunları təbrik edib, onların dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklərinə əminliyini ifadə edib.
Mərasimdə məzunlar və məktəblilər hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.