Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Kino Mərkəzində "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin nümayişi təşkil olunub

14 aprel 2023 | 19:43

Aprelin 14-də Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş etdirilib. 

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin valideyinləri, şəhid ailələri,  Xətai rayon məktəbliləri və gənclər iştirak ediblər. Film şəhid Muxtar Qasımlının keçdiyi şərəfli döyüş yolu, məktəb illəri, uğurları, iş həyatına və qəhrəmanlığına həsr olunub.

Çıxış edənlər şəhidiin valideyinlərinə Muxtar kimi vətənpərvər övlad böyütdükləri üçün minnətdarlıq bildiriblər. Qeyd olunub ki, Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, onlarda fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Tədbirin təşkili də məhz bu məqsədi daşıyır. Muxtar kimi qəhrəman oğlulların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. 

Sonda şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlı çıxış edərək öz oğlu ilə hər zaman fəxr etdiyini bildirdi. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq  da olsa ərsəyə gəldiyindən bəhs edib. Sonra şəhidin anası Almaz Qasımlı  ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Keçidlər