Xətai nümayəndə heyəti Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhərində“1-ci Beynəlxalq Tarsus Festivalı”nda iştirak edib
4-5-6 noyabr 2022-ci il tarixlərdə Xətai rayonu ilə qardaşlaşmış Tarsusda keçirilən, dünyanın 21 ölkəsindən nümayəndələrin iştirak etdiyi "1-ci Beynəlxalq Tarsus Festivalı”nda ölkəmizi Xətai rayonundan olan nümayəndə heyəti təmsil edib. Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi tərəfindən keçirilən festival "Kleopatra ili" nə həsr olunub. Nümayəndə heyəti ilk olaraq Tarsusda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib.
Xətai nümayəndə heyətinin rəhbəri, Xətai rayon Bələdiyyəsinin sədr müavini Əliyar Əliyev, Tarsus bələdiyyə başqanı Haluk Bozdoğanla görüşüb.Qeyd olunub ki, Tarix boyu Türkiyə və Azərbaycan dövlətləri arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün daha da inkişaf edir və dərinləşir. Hər iki xalqlar həm xoş günlərdə, həm də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. İki qardaş ölkə arasındakı münasibətlər uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə - Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir faktora çevrilib. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Görüşdə qarşılıqlı olaraq xatirə hədiyələri təqdim edilib.
Festival çərçivəsində Azərbaycan Aşbazlar Çildiyasının üzvləri-Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzinin təlimçiləri- aşbaz Qəniyev Rövşən Xəlil oğlu və şirniyyatçı aşbaz Nağdəliyev Eynur Ramiz oğlu milli xorəklərimizi və şirniyyatlarımızı, Xətai Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Bayramova Kubra, Mütəllimzadə Şəbnəm, Pirizadə Günay, Mirzazadə Rəhman milli mahnılarımızı təqdim ediblər. Festivalın yekununda nümayəndə heyəti Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı Vahab Seçərin Festival iştirakşılarına verdiyi ziyafətə qatılıb, qarşılıqlı hədiyyə mubadiləsi ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib və iştirakçılara sertifikatlar təqdim edilib.