Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

04 oktyabr 2022 | 15:18

Oktyabrın 4-də rayon İcra Hakimiyyətində  Xətai Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda  rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, YAP XƏtai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  rayonun  bir qrup ağsaqqalı və ziyalısı iştirak edib.

Öncə Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Yığncaqda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, ötən ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunması olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan möhtəşəm “Dəmir yumruq” əməliyyatı şanlı Qələbə ilə başa çatıb. Xalqımız Vətən müharibəsi zamanı milli birlik göstərib. O qeyd edib ki, bu gün Respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur.  Dövlətimizin bu günkü inkişafında onların böyük rolu var. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda  tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.

Xətai rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd edib və şuranın illik hesabatını təqdim edib. 

 YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə  müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonumuzun daha da inkişaf etdirilməsinə, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərində rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu diqqətə çatdırıb.

Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov  çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib və öz tövsiyələrini çatdırıb.

Keçidlər