Xətai rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Xətai rayon İcra Hakimiyyəti tərəfindən 27 sentyabr-Anım Günü ilə əlaqədar “Zəm-Zəm” mərasim evində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, rayon sakinləri iştirak etmişlər.
Mərasimdə Qurani-Kərimdən surələr oxunmuş, şəhidlərin ruhuna dualar edilmişdir.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. Qəhrəman vətən övladlarımızın şəhidlik zirvəsinə ucalmaları, şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər çıxış edənlər Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyiblər.
Sonda mərasim iştirakçıları dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə və iftar süfrəsi üçün öz minnətdarlıqlarını bildiriblər.