Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal iştirakına görə təltif olunub.

06 dekabr 2022 | 07:45
6 dekabr 2022-ci ildə Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük  yekunlarına dair hesabat tədbirində Xətai rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal iştirakına görə təltif olunub.
Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin sentyabr-noyabr ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.
Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə müraciətlərdə qeyd olunan problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb.
Rübün nəticələrinə görə 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. Bu qurumlara Bakı şəhəri İcra Hakimiyyəti, “Azərsu” ASC, Azərbaycan Respublikası DİN Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Nizami rayon İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimmiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon İcra Hakimiyyəti aiddir.
Digər 7 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib.
 
 
 
 
 
Keçidlər