Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində “Home Stay” proqramı çərçivəsində Azərbaycanda  səfərdə olan Yaponiyalı qonaqlarla görüş keçirilmişdir

15 yanvar 2025 | 12:19

15.01.2025-ci il tarixdə “Home Stay” proqramı çərçivəsində Azərbaycanda  səfərdə olan Xətai rayonu ilə qardaşlaşmış Yaponiyanın İşikava Prefekturasının Şika Şəhər Məclisinin nümayəndələri, 2 məktəb şagirdi və səfirliyin əməkdaşları ilə Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirilmişdir.

Çıxış edən  Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov bildirib ki, son dövrlər Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri daha intensiv inkişaf etməkdədir. Xətai rayonu da bu istiqamətdə xeyli işlər görüb. Münasibətlər çərçivəsində Xətai rayonunda Azərbaycan–Yaponiya dostluq münasibətlərinin simvoluna çevrilmiş “Yapon bağı” salınıb, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə birgə müxtəlif tədbirlər və layihələr həyata keçirilib. 
Yaponiyanın İşikava Prefekturasının Şika Şəhər Məclisi, Davamlı Təhsil Şöbəsinin Baş Müfəttişi Matsumo Marikosəmimi çıxış edərək, səmimi qarşılanmağa görə qonaqlar adından  minnətdarlıqlarını bildirmiş, şəhərimizin gözəlliyinə, insanların qonaqpərvərliyinə, Azərbaycan mətbəxinin zənginliyinə heyran qaldığını qeyd etmişlər. Nəzərə çatdırılıb  ki,  “Home Stay” proqramı çərçivəsində yaponiyalı şagirdlər 3 gün azərbaycanlı ailənin evində qonaq olacaqlar.

Çıxışlarda qeyd olunmuşdur ki, qardaşlaşmış Xətai rayonu və Şika şəhəri arasında münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi nəzərdə tutulur. Yaponiyalı məktəblilər çıxış edərək Xətai məktəblilərini öz ölkələrində görmək istədiklərini bildirmişlər.

Sonda qarşılıqlı olaraq,  xatirə  hədiyyələri təqdim edilib. 

Keçidlər