Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi

04 dekabr 2023 | 12:57

Dekabrın 4-də rayon İcra Hakimiyyətində  Xətai Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi. Yığıncaqda  rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov, rayonun  bir qrup ağsaqqalı və ziyalısı iştirak ediblər.

Yığncaqda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu ilin ən mühüm hadisəsəsi sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatları olmuşdur. Əməliyyatlar nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoymuş və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etmişdir. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq. İcra başçısı qeyd edib ki, bu gün Respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur.  Dövlətimizin bu günkü inkişafında onların böyük rolu var. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda  tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.

Xətai rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd edib və şuranın illik hesabatını təqdim edib. 

YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə  müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonumuzun daha da inkişaf etdirilməsinə, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərində rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu diqqətə çatdırıb.

Tədbirdə rayon Ağsaqqallar Şurasının yeni tərkibi seçilib. Yeni tərkibə əsasən şəhid ataları- Mürvət Əsgərov Şuranın sədri, Meyvəddin Ramaldanov isə sədrin müavini seçilib.

Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov  çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışmış, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib və öz tövsiyələrini çatdırıb.

Keçidlər