Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətinin nümayədələri  Novruz bayramı ərəfəsində 3 saylı uşaq evində olublar

19 mart 2024 | 16:10

19.03.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətinin nümayədələri  Novruz bayramı ərəfəsində 3 saylı uşaq evində olublar.

Çıxışlarda qeyd olunub ki, milli birlik, həmrəylik, bolluq, bərəkət bayramı olan Novruz insanlarda xoş ovqat və  yüksək əhval-ruhiyyə yaradır.  Bu gün Novruz sevincimizə sevinc qatan digər mühüm amil 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdir. Tarixi Zəfərimizin yaratdığı sevinc keçirilən tədbirlərin miqyasında da özünü aydın şəkildə ifadə edir. Birliyimizi, həmrəyliyimizi özündə təcəssüm etdirən Novruz bayramında uşaqlarla, ahıllarla bir arada olmaq, onların qayğıları ilə maraqlanmaq, sevincimizi bir yerdə paylaşmaq hər birimizi qürurlandırır. Çünki milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun olaraq uşaqlara, böyüklərə diqqət və qayğı hər birimizin vətəndaşlıq borcumuzdur.                              Daha sonra körpələr evinin sakinlərinin  hazırladıqları müsiqilər, şeirlər, bir-birindən gözəl rəqs ifaları nümayiş olunub.
Sonda balacalar üçün bayram süfrəsi açılıb.

Keçidlər