Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri Aprel döyüşləri şəhidlərinin məzarlarını ziyarət ediblər

02 aprel 2026 | 12:09

02.04.2026-cı il tarixdə Aprel döyüşlərinin 10-cu  ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri Aprel şəhidləri-Niftalılı Rəşad Şakir oğlu, Musazadə Təbriz Tariyel oğlu, Baxışov Seymur Qulamhüseyn oğlunun məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim uca tutulur və onların əziz xatirəsi heç zaman unudulmayacaq.

Qeyd edilib ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Sonda iştirakçılar bir daha şəhidlərin xatirəsinə ehtiramlarını bildirərək, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu qeyd ediblər.

Keçidlər