Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri “Beynəlxalq Ailə Günü” münasibəti ilə Türkiyədən gələn ailələrlə görüş keçirilib.
16 may 2023 | 09:41
Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri "Beynəlxalq Ailə Günü” münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Türkiyədən gələn ailələrlə görüş keçirilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xətai Rayon İcra Hakimiyyətinin, Xətai rayon bələdiyyəsinin məsul şəxsləri və türkiyəli qonaqlar iştirak ediblər.
Görüşdə xalqlarımızın tarixən müştərək milli-mənəvi dəyərləri bölüşdüyü və bu cür tədbirlərin ortaq ənənələrimizin davam etdirilməsinə töhfə verdiyi qeyd edilib.
Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.