Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları üçün şənlik təşkil olunub.

30 avqust 2022 | 13:39

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “El-Chacho” əyləncə mərkəzində şəhid övladları üçün şənlik təşkil olunub.

Tədbirdə qeyd olunub ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub. Tədbirdə  şən klounlar, nağıl qəhrəmanları məzəli oyunları ilə uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb, xoş əhval-ruhiyyə yaradıb.

Keçidlər