Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü münasibətilə şəhid məzarlarını ziyarət edib

27 sentyabr 2025 | 11:58

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Xətai rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər, gənclər və müxtəlif təşkilatların təmsilçiləri Hərbi Memorial Məzarlıqda və digər qəbiristanlıqlarda dəfn olunmuş Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad olunub. İştirakçılar şəhid ailələri ilə görüşərək onların dərdinə şərik olduqlarını bildirib, xalqımızın şəhidlərə olan sonsuz minnətdarlığını ifadə ediblər.

Həmçinin, Vətən Müharibəsi şəhidləri Musayev Sədi Süleyman oğlu və  Şükürlü Elvin Azad oğlunun anım tədbirləri keçirilmiş, ehsan süfrələri açılmışdır.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərin şəhidlərimizin qəhrəmanlığı və canı-qanı bahasına əldə edildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimiz və xalqımız hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutur, onların ailələrinə xüsusi qayğı ilə yanaşır.

Keçidlər