Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon ictimaiyyəti Şəhidlərimizin xatirəsini yad edir

27 sentyabr 2022 | 12:00

Bu gün 27 sentyabr 2022-ci il Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Anım günündə səhər saatlarından etibarən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayonun prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon İcra Hakimiyyətinin nümayəndələri,  rayon ziyalıları və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabana, Dədə Qorqud şəhidliyinə gələrək Vətən uğrunda canlarından keçən igid qəhrəmanlarımızın qəbirlərini ziyarət etmişlər. Şəhidlərimizin  məzarları üzərinə tər çiçəklər düzülmüş,  ruhlarına dualar oxunmuşdur. Həmçinin rayon ərazisində müxtəlif ünvanlarda  şəhidlərin xatirə komplekslərinin qarşısında təşkil olunmuş anım tədbirlərində iştirak etmişlər.

 2020-ci il sentyabrın 27-də mənfur erməni  təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları həlak olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Keçidlər