Xətai rayon məktəblərində "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə silsilə tədbirlər keçirilb
Xətai rayon məktəblərində "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə silsilə tədbirlər keçirilb.
Çıxışlarda dövlətin uşaqlara diqqət və qayğısından geniş bəhs edilib. Bildirilib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev ölkəmizin bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi düşünülmüş, məqsədyönlü siyasətin əsas tərkib hissələrindən biri də uşaq hüquqlarının qorunmasıdır. Ümummilli Liderin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilib” fikirləri uşaqlara olan məhəbbətinin təzahüri idi. Son 20 ildən artıq dövrdə bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının davamı olaraq dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Fondun həyata keçirdiyi layihələr də təqdirəlayiqdir. Ümumilikdə 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir.